888 Poker – Onlayn Poker Oyunları

888starz Azərbaycanda Texas Hold'em, Omaha, Stud kimi məşhur poker çeşidlərini ən uyğun masa limitləri ilə oynayın. Üstəlik, 888 pokerdə hər gün çeşidli mükafat fondları ilə turnirlər və frirollar sizi gözləyir. Bu gün Azərbaycanın ən yaxşı poker platformasına qatılın!

Kartların və poker fişlərinin yanında 888Starz-da Poker yükləmə səhifəsi ilə nəzarət edin

Onlayn Poker üçün Niyə 888Starz Seçməlisiniz?

Bizi seçməklə siz ilk növbədə beynəlxalq lisenziyalı və təhlükəsiz bir onlayn kazinoda oynayacağınıza əmin ola biləcəksiniz. Bununla yanaşı, 888starz-da poker oynamaq sizə aşağıdakı kimi başqa bir çox üstünlüklər də vəd edir:

  • Texas Hold’em, Omaha kimi müxtəlif populyar poker növlərinin geniş seçimi
  • Ən uyğun limitlərlə 24/7 qatıla biləcəyiniz masalar və turnirlər
  • Xoş gəldin bonusları, keşbeklər və daha bir çox promosyonlar 
  • Cəmi 15 dəqiqə ərzində uduşlarınızı çıxarmaq imkanı
  • Müxtəlif mükafat fondları ilə hər gün qatıla biləcəyiniz frirollar
  • Mobil tətbiqlərlə istədiyiniz zaman istədiyiniz yerdən oynamaq imkanı
Ekranda təhlükəsizlik, hədiyyəni əks etdirən nişanların yanında bu bölmənin promosyonları göstərilir

Yeni Müştərilər üçün 888Starz Poker Bonusu

Fantastik bir xoş gəldin bonusu ilə 888 poker oynamaq üçün sizə əlavə şans təqdim edir! Siz ilk 4 depozitdə bizdən toplam 1500 EUR-a qədər bonus və 150 ​​Pulsuz fırlatma qazanmaq fürsətinə sahibsiniz. Sadəcə hesabınızı yaradın, telefon nömrənizi təsdiqlədin və depozitinizi edin!

Bonuslar və Frispinlər:

  • I Depozitdə maksimum 615 AZN-ə qədər – 100% and 30 FS
  • II Depozitdə maksimum 718 AZN-ə qədər –  50% and 35 FS   
  • III Depozitdə maksimum 820 AZN-ə qədər – 25% and 40 FS   
  • IV Depozitdə maksimum 923 AZN-ə qədər – 25% and 45 FS 

İlk depozit bonusu üçün minimum məbləğ 21 AZN, 2-4-cü depozit bonusları üçünsə 31 AZN təşkil edir.

Bütün depozit bonuslarını real pula çevirmək üçün alındıqdan sonra 7 gün ərzində 35x mərc tələbi yerinə yetirilməlidir.

İstisnasız olaraq, bütün kriptovalyutalar ilə edilən depozitlər üçün bonus nəzərdə tutulmayıb.

Nəzərə alın ki, hər bir bonusu yalnız daha əvvəlki bpnis tam istifadə edildikdən sonra əldə oluna bilər.

Laptopda bütün onlayn kazino bonusları olan bir səhifə açılır, onun yanında əlində hədiyyə var

888Starz-da Poker Oynamağa Necə Başlamaq olar

888 poker oyunlarını oynaya bilmək üçün öncəliklə qeydiyyatdan keçməli və bir depozit etməlisiniz. Ancaq narahat olmayın, proses sadə və sürətlidir. Başlamaq üçün bu addım-addım bələdçini izləyin: 

  1. Qeydiyyatdan keçin: Əsas səhifədə “Qeydiyyat” düyməsini klikləyin, qeydiyyat üsulunu seçin və hesabınızı yaradın.
  2. Depozit qoyun: Hesabınızın “Artır” bölməsinə keçin. Bir ödəniş üsulunu seçin. Depozit məbləğini (minimum 2 AZN) daxil edin və təlimatları izləməklə, balansınızı artırın.
  3. Poker 888 bölməsinə keçin: Veb-saytda və ya mobil tətbiqdə “Əlavə” menyusuna klikləyin və oradan da “Poker” bölməsinə gedin
  4. Poker oyununu seçin: Mövcud masa və turnirləri nəzərdən keçirin. İstədiyiniz birinin üzərinə klikləyin. Daha sonra üzərinə klikləməklə, masalardan birinə oturun.
  5. Mərcinizi edin: Masaya oturduqdan sonra sizə bir neçə kart paylanacaq. Əlinizi dəyərləndirərək, mərci qaldıra, pas edə və ya təsdiqləyə bilərsiniz.
  6. Oynamağa davam edin: Davam etsəniz, mərhələli şəkildə (adətən 3 kart, sonra 1 və nəhayət daha 1 kart) ortaya kartlar açılacaq. Hər raundda yuxarıdakı qaydada mərcinizlə bağlı bir qərar verməli olacaqsınız.

Son mərc raundundan sonra birdən çox oyunçu qalarsa, oyunçular kartlarını açacaq və ən yaxşı əli olan oyunçu toplam mükafatı qazanacaqdır. Əllərin dəyəri eyni olarsa, məbləğ oyunçular arasında bərabər şəkildə bölüşdürüləcək.

Form ikonasının yanında 888Starz Azerbaijan-da açıq qeydiyyatla monitorinq edin

888Starz-da hansı poker oyunlarını oynaya bilərsiniz?

888starz-da mövcud poker oyunlarının çeşidliliyi kifayət qədərdir. Fərqli bacarıq və üstünlüklərə sahib oyunçular platformamızda öz oyun tərzlərinə uyğun bir versiya tapa biləcəklər. Mövcud poker növlərinə daxildir:

  • Texas Hold’em: Oyunçulara iki kart verilir və ortaya beş kart açılır. Yerə açılan kartlara əsasən ən yaxşı əli yaradan oyunçu qalib gəlmiş hesab olunur.
  • Omaha: Texas Hold’em-dən fərqli olaraq, Omaha-da oyunçulara dörd bağlı kart verilir. Oyunçular qazanmaq üçün əllərindəki 4 kartdan hər hansı ikisi ilə yerə açılan beş kartdan hər hansı üçünə əsasən ən yaxşı əli yaratmağa çalışırlar.
  • 6 Kart Omaha: Klassik Omaha-dan tək fərqi dörd əvəzinə, altı kartla oynanılmasıdır. Oyunçular ən yaxşı əli yaratmaqdan ötəri onlardan ikisini yerə açılan kartlardan üçü ilə uyğunlaşdırmalıdırlar.
  • 5 Kart Omaha: Adından da göründüyü kimi, bu növdə oyunçulara beş bağlı kart paylanır. Digər qaydalar isə klassik Omaha versiyası ilə birəbir eynidir.
  • Stud: Yerə kartların açılmadığı unikal klassik poker formasıdır. Oyunçular 7 mərc raundunda üzü açıq və bağlı kartlar alırlar. Qazanmaq üçün oyunçular paylanmış kartları izləməli və açıq kartlara əsasən rəqiblərin əllərini oxumalıdırlar.

888Starz-da siz bu poker növlərini bir neçə maraqlı formatda sınaya bilərsiniz. Buraya turnirlər, Allin or Fold, Spin (mini turnirlər) və nağd masalar daxildir. Qeyd edək ki, masa limitləri həm yüksək, həm də aşağı stavkalarla oynamaq istəyənlər üçün uyğundur.

Poker turnirləri sekmesi açıq olan noutbuk, yaxınlıqda kubok və kartlar

888Starz Frirolları – Pulsuz Turnirlər

Hər bir poker həvəskarını sevindirəcək xüsusi poker bonusları ilə 888Starz-da oynamaqdan məmnun qalacağınıza əminik. Platformamızda sizi limitsiz frirolllar və çeşidli bonuslar təklifləri gözləyir.

Frirollar giriş haqqı tələb etməyən poker turnirləridir. Bu turnirlərdə bir qəpik xərcləmədən ciddi məbləğlər qazana bilərsiniz. Bu poker 888 no deposit bonus hər bir kəs üçün əlçatandır. Frirollar gündəlik və həftəlik olaraq təşkil olunur. Onların mükafat fondu dəyişkəndir.

Frirollar ilə yanaşı, 888Starz “Spin Turniri Bonusu” adlı xüsusi promosyon da təklif edir. Bu turnirdə iştirakçılar cəmi bir neçə dəqiqə ərzində 15.000 USD-yə qədər real pul mükafatları və yüzlərlə pulsuz oyun qazanmaq fürsətinə sahibdirlər. Bütün bu özəl poker bonusları ilə bərabər, poker oyunçularımız digər 888starz aksiyalarından yararlanmaq imkanına da sahibdirlər.

Monitor bu pokerdə kartların və fişlərin yanında fırlanma nişanını göstərir

888Starz Poker Tətbiqi

888 poker üçün xüsusi bir tətbiq yükləməyə ehtiyac yoxdur. Siz sadəcə ümumi 888Starz Android və ya iOS proqramını yükləyərək, poker oynamağın dadını çıxara bilərsiniz. Tətbiqləri cihazınıza quraşdırmaq üçün aşağıdakı təlimatı izləyin:

Noutbukda 888Starz mobil proqramını quraşdırmaq üçün təlimatları olan səhifə açıqdır.

Android

  1. Hər hansı mobil brauzerdən 888Starz saytına daxil olun.
  2. Əsas səhifədə 3 paralel xəttə toxunun və “Mobil Tətbiq” bölməsinə klikləyin.
  3. APK faylını yükləmək üçün “Android” düyməsini basın və “888 poker download” prosesinin bitməsini gözləyin.
  4. Cihaz parametrlərinə keçin və “Təhlükəsizlik” parametrləri altında naməlum mənbələrdən quraşdırmalara icazə verin.
  5. Yüklənmiş faylını açın və “Quraşdır” düyməsini basaraq, quraşdırma prosesini tamamlayın.

iOS

  1. iOS cihazınızda Safari brauzerini açın və 888Starz veb-saytına daxil olun.
  2. Əvvəlcə menyudan “Mobil Tətbiq” bölməsinə keçin və daha sonra iOS üzərinə klikləyin.
  3. Növbəti addımda qarşınızda yeni bir sayt açılacaq. Burada yenidən iOS yazısına klikəyin.
  4. Yeni səhifədə “Paylaş” düyməsini basın (ekranın aşağı hissəsində) və  “Ana ekrana əlavə et” seçiminə toxunun.
  5. Tətbiqə “888 poker” adı verin və “Əlavə et” üzərinə klikləyin. Artıq ana ekranınızda tətbiqin loqosunu görə bilərsiniz.

Tətbiqi yüklədikdən sonra artıq telefonunuzdan eynən kompüter versiyasına bənzər poker təcrübəsindən zövq ala bilərsiniz. Əgər hansısa səbəbdən tətbiqi yükləmək istəməsəniz, mobil brauzerinizdən də poker 888 oyunlarını oynaya biləcəyinizi unutmayın.

Poker Qaydaları

Poker 52 kartla oynanılan klassik bir kazino oyunudur. Hər birindən 4 ədəd olmaqla, oyunda 2-dən 10-a qədər rəqəmlər və A-K-Q-J kartları mövcuddur. Kartların hər biri Xaç, Ürək, Qara ürək, və Kərpiç dəstlərindən birinə aiddir. Oyunun başlanğıcında kartlar qarışdırılır və diler hər kəsə 2 bağlı kart paylayır. Daha sonra növbə ilə ortaya toplamda 5 kart açılır.

Oyunçu məhz ona paylanılan kartlarla ortaya açılan kartlar arasında bir uyğunluq yaradaraq, ən yaxşı ələ sahib olmalıdır. Sonuncu raundda əllərin dəyəri bərabər olarsa, ümumi məbləğ sona qalan oyunçular arasında bölünür. Lakin pokerdə hər zaman ən yaxşı ələ sahib olan qazanacaq deyə bir şey yoxdur. Çünki pokerdə blöf edərək də qazanmaq mümkündür.

Blöf, yaxşı əliniz olmamasına rəğmən, mərc məbləğini artıraraq, qarşı tərəfi pas etməyin daha rasional olduğununa inandırmağa deyilir. Pokerin hər raundunda oyunçulardan “Call” (cari mərclə uyğunlaşmaq), “Raise” (mərci artırmaq) və “Fold” (pas etmək) seçimlərindən birini etməyi istənilir. Məhz siz bu raundlar zamanı siz strateji gedişlər edə bilərsiniz. Bu baxımdan poker şans oyunu olmaqla bərabər, həm də ciddi mənada bir strategiya oyundur.

Kompüterdə sənəd və fişlərin yanında poker oyunçuları üçün xoş banner var